Rusiya konkret addımlara baxacaq Zaxarova

07.03.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-la münasibətlərin yenidən qurulması ehtimalını şərh edərkən bildirib ki, Moskva bu məsələdə Vaşinqtonun konkret addımlarına diqqət yetirəcək.

"Unikal" xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirib. 

"Belə bir anlayış var ki, bu münasibətləri bərpa etmək lazımdır. Bundan sonra biz bu istiqamətdə konkret hərəkətlərə və addımlara diqqət yetirəcəyik”, - Zaxarova bildirib.

Bir gün əvvəl ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə  xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya və ABŞ-nin münasibətləri bərpa etməli olduğunu bildirib.  


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью