Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Reper Kanye Uestin Rusiyadakı konsertinin olub-olmayacağı məlum olub.
OLAY yazır ki, “Say Agency” şirkətinin direktoru və Kanye Uestin Sankt-Peterburqda keçiriləcək qarşıdakı konsertlərinin təşkilatçısı Anna Subçeva bildirib ki, şou baş tutacaq və onun başqa tarixlərə və ya məkanlara keçirilməsi nəzərdə tutulmur.
Xatırladaq ki, avqustun 24-də Uestin konsertlərinin keçirilməsi planlaşdırılan “Qazprom Arena” açıqlama yayaraq reperin şousunun təşkilatçısı olmadığını və icarə müqaviləsi imzalamadığını bildirib. Bununla belə, oktyabrın 10 və 11-nə planlaşdırılan konsertlərin biletləri “Say Agency” tərəfindən artıq bir həftədən çoxdur satılır.