Rusiya Konstantinovka bazarını hədəf alıb, ölənlər və yaralananlar var

20.08.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Rusiya qoşunları 20 avqustda Donetsk vilayətinin Konstantinovka şəhərinin bazarına raket zərbələri endirib.

APA xəbər verir ki, bu barədə məlumatı “RBC-Ukrayna” Donetsk vilayətinin hərbi-administrativ rəhbəri Vadim Filaşkinin "Telegram" səhifəsinə istinadən yayıb.

"Ən azı 3 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Rusiya Konstantinovkaya "Smersh" raketləri ilə 8 zərbə endirib - bazarı xüsusi olaraq hədəf alıblar", - deyə Filaşkin bildirib.

Həmçinin, 15 ticarət pavilyonu, 8 fərdi ev, 6 çoxmərtəbəli bina, bir mağaza, 2 avtomobil və elektrik xətti zərər görüb.

"Bir daha vurğulayıram: Donetsk vilayətində qalmaq təhlükəlidir! Rusiya vətəndaşları öldürmək və yaralamaq üçün xüsusi olaraq belə zərbələr endirir. Özünüzü təhlükəyə atmayın! Zamanında evakuasiya olunun!", - deyə vilayət rəhbəri qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью