Rusiya konsulluğuna hücum edənlər məhkəmə qarşısına çıxarılır

26.02.2025

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İki Fransa vətəndaşı Rusiyanın Marseldəki konsulluğuna hücuma görə fevralın 26-da məhkəmə qarşısına çıxarılacaq.
Demokrat.az xışəbər verir ki, bu barədə yerli prokurorluq məlumat verir.
Kişilərin milliyyətcə fransız olduğu qeyd edilir. Onlar təqsirlərini etiraf edib və hərəkətlərini Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı dəstəkləmədikləri ilə izah ediblər.
Şübhəlilər dinləmə üçün hakim qarşısına çıxacaqlar. 
Fevralın 24-də səhər tezdən Fransanın Marsel şəhərindəki Rusiya Baş Konsulluğu yaxınlığında partlayış baş verib. 
Naməlum şəxslər diplomatik nümayəndəliyin ərazisinə əldəqayırma partlayıcı qurğular ataraq qaçıblar. 
Əfsanə Kamal 
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью