Rusiya kubokunda tarixi rekord

05.08.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moskvanın “Spartak” klubunun hücumçusu Pavel Polex Rusiya Kubokunun RPL Yolu qrup mərhələsində “Orenburq”la matçın (5:1) son dəqiqələrində qolla yadda qalıb.

Futbolpress.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Rusiyalı forvard “qırmızı-ağlar”ın tarixində qol vuran ən gənc (16 yaş 246 gün) futbolçu olub.

Polex bu göstəricidə 2009-cu ildə “Lokomotiv”lə qarşılaşmada fərqlənmiş Jano Ananidzenin (17 yaş 8 gün) rekordunu yeniləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью