Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Martın 12-dən etibarən Kursk vilayətinin 700-dən çox sakini azad edilmiş ərazilərdən təxliyə edilib.
Axar.az xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksandr Xinşteyn Teleqram kanalında məlumat yayıb.
"Rusiya qoşunlarının martın 12-də başlayan kütləvi irəliləyişinə başlayandan indiyədək 709 nəfər, o cümlədən 18 uşaq azad edilmiş ərazilərdən çıxarılıb. Onların arasında Ukrayna ərazisindən qayıdan 25 sakinimiz də var", - o yazıb.