Rusiya Kursku azad edən koreyalılara daim minnətdar olacaqdır

28.04.2025

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, RF Prezidenti Vladimir Putin Kursk vilayətinin azad edilməsində köməyə görə Şimali Koreya Xalq Demokratik Respublikasına və həmin ölkənin lideri Kim Çen Ina minnətdarlığını bildirib.
Putinin bəyanatı Kremlin mətbuat xidməti tərəfindən yayılıb. Bəyanatda deyilir: "Koreyalı dostlarımız həmrəylik, ədalət və əsl yoldaşlıq hisslərindən çıxış ediblər. Bunu yüksək qiymətləndiririk, şəxsən dövlət işlərinin sədri yoldaş Kim Çen Ina, ümumilikdə KXDR rəhbərliyinə və xalqına təşəkkürümüzü bildiririk. Rusiya Kursk vilayətinin azad edilməsinə kömək etmiş qəhrəmanların xatirəsini daim yad edəcəkdir".
Hürr Tərcüman

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью