Rusiya Kurskun Ukraynanın nəzarətində olan ərazilərinin 63,2 faizini azad edib

17.01.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya ordusu Kurskun Ukraynanın hərbi qüvvələrinin nəzarətində olan ərazilərinin 63,2 faizini azad edib.

APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bütün istiqamətlərdən edilən həmlə nəticəsində qarşı tərəf itkilər verərək, geri çəkilir: “İndiyədək Kurskun qarşı tərəfin nəzarətində olan 1268 kv. km-lik ərazisinin 63,2 faizi (801 kv. km) hissəsi azad edilib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью