Rusiya Latviyanı açıq münaqişəyə təhrik etməkdə ittiham etdi

27.11.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

“Latviya Rusiya ilə açıq münaqişəyə səbəb ola biləcək eskalasiya yolu ilə irəliləyir”. 
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib.
Zaxarova Latviyanın və digər Baltikyanı ölkələrin Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumları üçün dəfələrlə öz hava məkanlarını təqdim etdiklərini iddia edib.
Onun sözlərinə görə, Latviya Rusiya ərazisinə müntəzəm hücumların təşkili üçün Ukraynaya on minlərlə pilotsuz uçuş aparatı verib.
Zaxarova həmçinin bildirib ki, NATO-nun Latviyada keçirilən təlimləri çərçivəsində Rusiya ilə müharibə aparmaq üçün manevrlər açıq şəkildə məşq edilir.
Rusiya XİN sözçüsü Latviya ərazisindən Rusiya taxılının daşınmasının dayandırılması niyyətinin Baltikyanı ölkənin iqtisadiyyatına ciddi zərbə vura biləcəyini də qeyd edib.
O, Latviya hakimiyyətinin “derusifikasiya haqqında bəyannamə” qəbul etmək niyyətini rusofob mövqenin göstəricisi kimi qiymətləndirib.
Zaxarova vurğulayıb ki, Rusiya Latviyaya qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью