Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Macarıstanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, macarıstanlı diplomata Rusiya səfirliyinin əməkdaşlarının ölkədən çıxarılması qərarı ilə bağlı etiraz edilib.
Rusiya tərəfinin cavab tədbiri kimi Macarıstanın Moskvadakı səfirliyinin, Sankt-Peterburq və Kazandakı baş konsulluqlarının bir sıra əməkdaşlarının Rusiyanı tərk etməsi üçün iki həftə vaxt verildiyi qeyd olunub.