Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Silahlı Qüvvələri Ukraynada “McDonald’s” şəbəkəsinin anbarına hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
“Bu gün “McDonald’s” tərəfindən istifadə olunan anbara da dronlarla zərbələr endirilib. Adi məhsullara qarşı zərbə dronu. Ruslar əməliyyatlarını daim genişləndirirlər: Amerika və digər bizneslər, data mərkəzləri, internet provayderləri - bütün adi həyat Rusiya üçün sadəcə hədəfdir. Bütün bunlar insanların əlaqə saxlamaq, təhsil almaq və işləmək imkanlarına zərbə vurur”, - Zelenski qeyd edib.
O bildirib ki, Kiyevdə ofis binasına Rusiyanın dron zərbəsi nəticəsində dörd nəfər həlak olub, yeddi nəfər yaralanıb və onların arasında bir uşaq da var.
Zelenski vurğulayıb ki, dünya Rusiyanın hərəkətlərinə cavab verməlidir.