Rusiya məhkəməsi AZAL ın təyyarə qəzası ilə bağlı sənədlərin müsadirə olunmasına icazə verib

25.03.2025

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskva məhkəməsi 2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) "Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar olaraq, aparılan istintaqla bağlı sənədlərin müsadirə olunmasına icazə verib.

AZXEBER.COM APA-ya istınadən xəbər verir ki, qərar Moskvanın Basmannı məhkəməsi tərəfindən 2025-ci ilin yanvarında müstəntiqin prokuror tərəfindən dəstəklənən vəsatətinə baxılaraq qəbul edilib

Məhkəmə sənədləri göstərir ki, qəza ilə bağlı cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən aparılır.

Qərar qüvvəyə minib və Rusiyanın cənubunda iki ünvanda sənədlərin müsadirə olunmasını nəzərdə tutur.

Qeyd edək ki, Bakıdan Qroznıya uçan təyyarə 2024-cü il dekabrın 25-i səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью