Rusiya məhkəməsi Telegram ı 3,8 milyon rubl cərimələyib

19.08.2026

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moskvanın Taqanski Rayon Məhkəməsi Rusiyada qadağan olunmuş məzmunu silməkdən imtina etdiyinə görə Telegram mesajlaşma tətbiqini 3,8 milyon rubl cərimələyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat verib.

Məhkəmənin qərarına görə, Telegram Rusiya İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi ilə informasiyaya çıxışın məhdudlaşdırılması prosedurunu pozmaqda təqsirli bilinib.

Bir gün əvvəl Taqanski Rayon Məhkəməsi Telegram-ı Rusiyada yayılması qadağan olunmuş məlumatları silmədiyinə görə eyni məbləğdə cərimələmişdi.

Maqsud

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью