Rusiya məhv edilməlidir deyən Simonyan diqqət çəkdi

29.01.2025

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan “Rusiya əzilməli, məğlub edilməli və məhv edilməlidir”  ifadəsi ilə gündəmə gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” nəşri məlumat dərc edib. 

Bildirilir ki, Simonyan Baltikyanı ölkələrin parlamentariləri ilə görüşü zamanı "Rusiyanın Ermənistana və Baltikyanı ölkələrə xeyirli olması üçün əzilməli, məğlub və məhv edilməlidir" deyib. 

Milli Məclis sədrinin mətbuat katibi mətbuatda yayılan məlumatlarla bağlı təkzib verib. Onun sözlərinə  görə, yayılan xəbərlər yalan və reallığa uyğun gəlmir.

Mətbuat katibi həmçinin, görüşün qapalı keçirildiyini də qeyd edib.  


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью