Rusiya Mərkəzi Bankı faiz dərəcəsini 21% səviyyəsində saxlayıb

20.12.2024

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif:Ayşən İmanova/Banco.az

Rusiya Bankının Direktorlar Şurası cümə günü keçirilən iclasda əsas faiz dərəcəsini illik 21% səviyyəsində saxlamaq qərarına gəlib.

Banco.az xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

Oktyabrın 25-də keçirilən son iclasda Rusiya Bankının Direktorlar Şurası əsas faiz dərəcəsini birdən 200 baza bəndi - illik 21%-ə qaldırmaq qərarına gəlib.

Rusiya Bankı 25 dekabr 2023-cü il tarixində 15%-dən 100 baza bəndi artırdıqdan sonra ardıcıl dörd iclasda faiz dərəcəsini  illik 16% səviyyəsində saxlayıb. Bundan sonra faiz dərəcəsi iyulun 26-da illik 18%-ə qaldırılıb.
Sentyabr ayında Rusiya Federasiyasının Mərkəzi Bankı əsas faiz dərəcəsini illik 19%-ə qaldırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью