Rusiya məsələsinə görə bəyanat yaydı

27.07.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Rusiya məsələsinə görə bəyanat yaydı

İtaliyalı mütəxəssis Andrea Pirlo İtaliya millisinin baş məşqçisi vəzifəsinə mümkün təyinatı ətrafında yaranan müzakirələrə münasibət bildirib.

QOL.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada adının Rusiya mərc şirkəti ilə əməkdaşlığı səbəbindən mübahisələrə səbəb olmasından təəssüfləndiyini deyib.

Pirlo bildirib ki, Rusiya mərc şirkəti ilə əməkdaşlığı Birləşmiş Ərəb Əmirliklərində işlədiyi dövrdə yaranıb, yalnız kommersiya və idman xarakteri daşıyıb və buna siyasi məna yüklənməsi doğru deyil. O, karyerası ərzində hər zaman çalışdığı ölkələrin qanunlarına və imzaladığı müqavilələrə uyğun fəaliyyət göstərdiyini vurğulayıb. 

"Maldini və Leonardoya mənə göstərdikləri hörmət və etimada görə təşəkkür edirəm. Onların peşəkarlığını, ciddiliyini və İtaliya futboluna sevgisini yaxşı bilirəm. Təəssüf edirəm ki, sırf idman qərarı qısa zamanda ictimai polemikanın mövzusuna çevrildi və mənə aid olmayan niyyətlər mənim adıma yazıldı. İtaliyaya sevgim tutduğum vəzifədən asılı deyil. Bu, tariximin və şəxsiyyətimin bir hissəsidir və həmişə mənimlə olacaq", - deyə Pirlo bildirib.

Qeyd edək ki, Pirlonun İtaliya millisinin baş məşqçisi təyin olunması hələlik rəsmi təsdiqini tapmayıb. İddialara görə, İtaliya Futbol Federasiyası Xosep Qvardiola və Karlo Ançelottinin imtinasından sonra Pirlo ilə razılığa gəlib. Lakin federasiya bu xəbərlərlə bağlı hələlik rəsmi açıqlama verməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью