Rusiya metallurgiya sənayesində ağır böhran başlayıb... | Icma.az
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır. Ukrayna kəşfiyyatı təfərrüatları açıqlayıb...
...Rusiya metallurgiya sənayesi ağır böhrana girdi, nəticədə metallurgiya şirkətləri işçilərini ixtisar etdilər və iş həftəsini qısalddılar.
SİA xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Kəşfiyyat Xidmətinin məlumatına görə, Rusiyanın metallurgiya sənayesindəki böhrana Qərbin iqtisadi sanksiyaları, tələbatın azalması (15 faiz azalıb), borclanma xərclərinin yüksək olması və maliyyə göstəricilərinin kəskin pisləşməsi səbəb olub.
2024-cü ildə Rusiya metallurgiya sənayesində istehsal 1,5 faiz azaldı və 2025-ci ildə azalma sürəti daha da sürətləndi.
2025-ci ilin ikinci rübündə Magnitogorsk Dəmir-Polad Zavodu polad istehsalını 18 faiz, çuqun istehsalını isə 9 faiz azaldıb.
Böhrana görə Rusiya metallurgiya şirkətləri gəlirlərinin azaldığını görürlər.
Məsələn, Severstal-ın 2025-ci ilin üçüncü rübündə mənfəəti 160,4 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə azdır.
Tam oxu
Xəbəri oxu