Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir. "Gözləmədikləri halda quyruqlarına basmışıq".
Bunu Qaynarinfo-ya açıqlamasında "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı son zamanlar Rusiya mediasının Azərbaycana yönəlik qərəzli açıqlamalarına münasibət bildirərkən deyib.
Onun fikrincə, Kreml təbliğatçıları Azərbaycana qarşı hər zaman informasiya müharibəsi aparıblar: "Yəni son hadisələr heç də yeni deyil.
Rusiya telekanalları Azərbaycan-Ermənistan münasibətlərində hər zaman ölkəmizin əleyhinə çıxış ediblər.
Onlar heç zaman ölkəmizin tərəfində olmayıb. Yalandan aradabir soydaşlarımızdan kimisə ekrana çıxarsalar da, ona fikrini bildirməyə belə imk
Son dövrlər Moskva Azərbaycanla münasibətlərdə "bişirim-bişirim" siyasəti aparırdı.
Təyyarəmizin vurulmasına görə Azərbaycan Prezidenti açıq şəkildə fikir bildirərək dedi ki, başımıza torba salıb aldatmaq lazım deyil.
Prezident açıq şəkildə qeyd etdi ki, AZAL-ın təyyarəsini Rusiya tərəfi vurub.