Rusiya mətbuatının Berdıyevin istefa xəbərinə “Turan”dan rəsmi cavab

25.11.2024

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya mətbuatında "Turan"ın baş məşqçisi Kurban Berdıyevin istefa verməsi haqda məlumat yayılıb. Sport24.az xəbər verir ki, səbəb kimi qocaman mütəxəssislə klub rəhbərliyi arasında yaranmış fikir ayrılığş göstərilib.

Məsələyə aydınlıq gətirmək üçün Tovuz təmsilçisinin İdman və Əməliyyaylatlar üzrə direktoru Səməd Nəsibovla əlaqə saxladıq. Həmsöhbətimiz mövzuya son nöqtəni qoydu:

"Bilmirəm, bu xəbəri yayanın məqsədi nədi, amma ağ yalandı! Kurban Bekiyeviç dünənki oyundan sonra Tovuzda qalmağı qərara aldı. O, əvəzedicilərin oyununa da baxmaq istəyir ki, gənclərimizin durumunu iş başında görə bilsin. Berdıyev bizimlədi və getməsi ümumiyyətlə, müzakirə mövzusu deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью