Rusiya Milli Qvardiyasının general mayoru korrupsiya işi üzrə həbs edilib

18.02.2025

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) general-mayoru Konstantin Ryabıx korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həbs edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosqvardiya”nın mətbuat xidməti məlumat yayıb.

“Bu günlərdə “Rosqvardiya”nın Baş Təhlükəsizlik İdarəsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat Departamenti ilə birlikdə qurumun departamentlərindən birinin keçmiş rəhbəri general-mayor Ryabıx həbs edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, həbs korrupsiya təzahürlərinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью