Rusiya millisi 4 il sonra FIFA nın turnirinə qatılır Azərbaycanda

25.06.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

FIFA 2026-cı ilin payızında Azərbaycanda keçiriləcək U-15 milli komandaları arasında yeni dünya çempionatının formatını təsdiqləyib.

Sportal.az xəbər verir ki, təşkilatın qərarına əsasən, debüt turnirdə iştirak hüququnu FIFA-nın bütün üzv assosiasiyalarının təmsilçiləri qazanacaq.

Bəyanatda qeyd olunur ki, gənclərdən ibarət komandalar arasında ilk yarış 22-31 oktyabr tarixlərində baş tutacaq. Həmçinin bildirilib ki, qızlardan ibarət milli komandaların turniri 2027-ci ildən etibarən ayrıca keçiriləcək.

​Rəsmi məlumatda Rusiya haqqında birbaşa xatırlatma olmasa da, beynəlxalq media qurumları FIFA-nın bütün üzvlərinin iştirakı ilə bağlı müddəanın Rusiya Federasiyasına da şamil edildiyini qeyd edirlər.

Beləliklə, Rusiya milli komandası 2022-ci ildə tətbiq edilmiş kənarlaşdırılmadan sonra ilk dəfə FIFA-nın bayrağı altında beynəlxalq yarışlara qayıda bilər.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью