Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya millisi ilə İran yığması arrasında yoxlama oyunu keçirəcək.
QOL.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
Görüş sentyabrın 29-da Kazandakı “Ak Bars Arena”da keçiriləcək. Oyunun başlama vaxtı daha sonra açıqlanacaq.
Qeyd edək ki, 2022-ci ilin fevralından etibarən FIFA və UEFA-nın qərarı ilə Rusiya klubları və milli komandaları beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Valeri Karpinin komandası həmin vaxtdan yalnız yoldaşlıq oyunları keçirir.
İran millisi isə 2026-cı il dünya çempionatının iştirakçısı olub. İranlılar qrup mərhələsində Yeni Zelandiya ilə 2:2, Belçika ilə 0:0, Misirlə isə 1:1 hesablı heç-heçə ediblər. Mundialın qalibi isə İspaniya olub.