Rusiya millisi üçün yeni rəqib

12.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Rusiya və Suriya milliləri yoxlama oyununda üz-üzə gələcəklər. 

QOL.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüş noyabrın 19-da “Volqoqrad Arena”da keçiriləcək. Matç yerli vaxtla 19:30-da (Bakı vaxtı ilə 20:30) start götürəcək. 

Hazırda Rusiya millisi FİFA reytinqində 34-cü, Suriya isə 93-cü yerdədir. 

Bu, Rusiya millisinin 2024-cü ildə 5-ci yoxlama matçı olacaq. Martda Valeri Karpinin komandası Serbiyaya (4:0), iyunda Belorusiyaya (4:0), sentyabrda isə Vyetnama (3:0) qalib gəlib. Noyabrın 15-də isə Rusiya yığması Krasnodarda Bruney millisi ilə üz-üzə gələcək. 

Xatırladaq ki, 2022-ci ilin fevral ayından FİFA və UEFA-nın qərarı ilə bütün Rusiya milliləri və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Buna səbəb Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью