Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Rusiyanın Samvel Mkrtçyanın Ermənistanın Moskvadakı səfiri vəzifəsinə namizədliyini razılaşdırmaqdan imtina etməsi barədə məlumat həqiqətə uyğun deyil.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, “Hraparak” qəzeti Moskvanın Ermənistanın Polşadakı keçmiş səfiri Samvel Mkrtçyanın namizədliyini razılaşdırmaqdan imtina etdiyi barədə məlumat yaymışdı. Nəşr bu qərarın Mkrtçyanın uzun illər Avropa ölkələrində diplomatik fəaliyyət göstərməsi ilə bağlı ola biləcəyini ehtimal etmişdi.