Rusiya MN: 328 Ukrayna PUA sı məhv edilib

23.08.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə ərazisi və Azov, Qara dənizlərin akvatoriyası üzərində 328 Ukrayna PUA-sını vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-lar avqustun 22-si saat 20:00-dan avqustun 23-ü saat 08:00-dək Rusiya ərazisinin müxtəlif bölgələri, Moskva regionu, Krım və Krasnodar diyarı üzərində, həmçinin Azov və Qara dənizlərin akvatoriyalarında vurulub.

Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluga, Kursk, Lipetsk, Orenburq, Oryol, Rostov, Ryazan, Saratov, Smolensk, Tver və Tula vilayətləri üzərində də məhv edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью