Rusiya MN: Ukrayna son üç gündə Kursk vilayətinə ATACMSla iki zərbə endirib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

26.11.2024

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Ukrayna Silahlı Qüvvələri son üç gündə Kursk vilayətindəki hədəflərə uzaqmənzilli Qərb silahları ilə iki zərbə endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ilk zərbə noyabrın 23-də beş ATACMS raketi ilə Rusiyanın S-400 zenit diviziyasının mövqeyinə endirilib, 3 raket məhv edilib, 2-si hədəfə çatıb.

"İkinci zərbə noyabrın 25-də Kursk-Vostochnıy aerodromuna səkkiz ATACMS operativ-taktiki raketi ilə endirilib. Həmin raketlərdən yalnız biri hədəfə çatıb", - deyə Rusiya MN-nin məlumatında bildirilib.

///apa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью