Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın “Qazprom” şirkəti Moldova tərəfinin müqaviləni pozması və tədarük üçün borcunu ödəməkdən imtina etməsi səbəbindən 2025-ci il yanvarın 1-dən Moldovaya tədarükünü sıfıra endirəcək.
Reyting.az xəbər verir ki, bu barədə “Qazprom”un bəyanatında deyilir.
Qeyd olunur ki, Moldova tərəfi qaz tədarükünə görə borcunu ödəməkdən imtina etdiyi üçün dekabrın 28-də “Qazprom” “Moldovaqaz”-a bildiriş göndərib. Moldova tərəfi isə cari müqavilə üzrə ödəniş öhdəliklərini mütəmadi olaraq yerinə yetirmir və bunun nəticəsində öhdəliklər əhəmiyyətli dərəcədə pozulur.
V. QULİYEV