525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Monqolustanın Erdenet şəhəri yaxınlığındakı hərbi düşərgədə Rusiya-Monqolustan hərbi təlimləri başlayıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Buryatiya Respublikasının rəhbəri Aleksey Sıdenov jurnalistlərə aşıqlamasında bildirib.
"Selenqa-2026" adlı təlim iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 105 illiyinə həsr olunub və məqsəd beynəlxalq terrorizmlə mübarizə metodlarını təkmilləşdirməkdir. Hərbi təlimdə hər iki tərəfdən 700 civarında hərbçi və 200-ə yaxın texnika iştirak edir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi "Selenqa-2026" barədə hələlik rəsmi məlumat yaymasa da, birgə təlimin 10 gün davam edəcəyi bildirilir.
L.Tağıyeva