Rusiya müdafiə nazirinin həbsdəki sabiq müavini Ukraynada döyüşmək istəyir | Icma.az
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
13 il müddətinə azadlıqdan məhrum edilmiş Rusiyanın müdafiə nazirinin sabiq müavini Timur İvanov Ukraynada müharibəyə getməyə hazır olduğunu bildirib.
APA-nın “Shot” Telegram kanalına istinadən xəbərinə görə, İvanovun vəkili bildirib ki, keçmiş nazir müavini arxada cəbhədə deyil, döyüşçü kimi ön cəbhədə xidmət etməyə hazırdır.
Qeyd edək ki, Timur İvanov Kerç keçidi üçün bərə alışı zamanı vəsaitin mənimsənilməsinə görə 13 il müddətinə azad məhrum edilib, 100 milyon rubl məbləğində isə cərimə olunub.
Bundan başqa, onun barəsində 1,3 milyard rubl rüşvət, pul yuma və qanunsuz silah saxlama ittihamları ilə qaldırılan ikinci cinayət işi üzrə istintaq başa çatıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu