Rusiya müharibədə təcrübə qazanır: NATO ya qarşı...

10.02.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ruslar Ukraynaya qarşı müharibədə əldə etdikləri təcrübədən istifadə edərək PUA və radioelektron mübarizə sistemlərini fəal şəkildə təkmilləşdirirlər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, Ukrayna ilə yanaşı, Rusiya NATO-ya qarşı hibrid əməliyyatlarda da ən son texnoloji yeniliklərdən istifadə edir:

“Son bir il ərzində NATO üzvləri getdikcə daha çox Rusiyanın hibrid hücumları və təxribat təhlükələri ilə üzləşiblər. NATO-ya üzv dövlətin Rusiyanın müşahidə PUA-larına qarşı durmağa cəhd etməsi ilə bağlı hesabatlar müdafiə qabiliyyətinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayır, çünki Rusiya Ukraynadakı döyüş meydanında əldə etdiyi təcrübələrdən yeni texnologiyalar yaratmaq üçün istifadə etməyə davam edir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью