Rusiya müharibəyə görə bağladığı aeroportları açır?

21.11.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2022-ci ildən bəri müvəqqəti olaraq bağlanan Rusiya hava limanları yenidən açılmağa hazırdır, lakin yenidən açılma qərarı “Rosaviasiya” tərəfindən verilmir.

Axar.az xəbər verir ki, bunu “Rosaviasiya” rəhbəri Dmitri Yarov deyib.

“Müvəqqəti bağlanmış hava limanlarımız yenidən açılmağa hazırdır. Biz həmişə aparıcı qurumla - Müdafiə Nazirliyi ilə dialoqdayıq və o, bütün amilləri nəzərə alaraq yenidən açılma barədə qərarlar qəbul edir, çünki yeganə prioritet uçuş təhlükəsizliyinin təmin edilməsidir. Yalnız müsbət qərar qəbul edildikdən sonra “Rosaviasiya” hava limanlarının müntəzəm mülki uçuşlar üçün yenidən açılmasının rəsmi prosesinə başlayacaq”, - Yarov bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью