Redaktor.az saytına istinadən Icma.az xəbər verir. "Qroznı səmasında vurulduğu AZAL-a məxsus təyyarəyə görə kompensasiyanın ödənilməsi Rusiy
Burada təkcə kompensasiyadan söhbət getmir. Həm də Rusiya Azərbaycandan rəsmi qaydada üzr istəməlidir".
Bu fikirləri Redaktor.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, Rusiya üçün ən çətin və qəbuledilməz sayılan məsələ, məsuliyyətini etiraf edərək Azərbaycandan üzr istəməsidir:"Çünki Rusiya hələ də imperiya təfəkküründədir və hesab edir ki, o boyda böyük ölkə balaca bir Azərbaycan qarşısında günahını necə etiraf etsin?!
Amma anlamır ki, biz XXI əsrdə yaşayırıq və sovetlərin tərkibində yaşamış respublikalar artıq müstəqildirlər.
Hər bir respublika müstəqil ölkə kimi BMT-nin üzvüdür və beynəlxalq hüquq qarşısında hamı bərabərdir.
Yəni burada “böyük-kiçik qardaş”, “bizim dediyimiz kimi olmalıdır” təfəkkürü olmamalıdır".
Millət vəkili qeyd etdi ki, Azərbaycan özünə hörmət qoydura bilən və dünyada qəbul olunmuş etibarlı tərəfdaşdır.
"2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı üzərində heç bir tanıma nişanı olmadan Ermənistanın hərbi kolonunu müşayiət edən helikopteri vurduğuna görə Azərbaycan məsuliyyəti üzərinə götürdü və münasibətləri gərginləşdirməmək üçün bütün prosedurları icra etdi.