Rusiya Naftoqaz ın obyektinə zərbə endirib

15.10.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Silahlı Qüvvələri Poltava bölgəsində "Naftoqaz Ukrainı" qrupunun qaz hasılatı infrastrukturuna hücum edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Ukrayna mediası "Naftoqaz"ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Sergey Fedorenkonun bəyanatına istinadən xəbər verir.

"Hücum zamanı əməkdaşlar sığınacaqda olublar, xəsarət alan yoxdur. Ərazidə dağıntıların miqyası qiymətləndirilir", – o qeyd edib.

Şirkətdən qeyd ediblər ki, PUA zərbəsi nəticəsində texnoloji avadanlıqlar zədələnib, obyektdə yanğın baş verib və iş dayandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью