Rusiya NATO ilə qarşıdurmaya hazırlaşır

10.06.2025

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya NATO ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır və 2030-cu ilə qədər alyansa üzv dövlətlərə qarşı hərbi əməliyyatlara başlaya bilər”.

Missiya.Az xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

“Rusiyanın NATO ölkələrinə təhlükə yaratmaq üçün öz qüvvələrini 2022-ci ilə qədər mövcud olan səviyyəyə qaytarmağa ehtiyac yoxdur. O, 2030-cu ilə qədər NATO dövlətinə qarşı hərbi əməliyyatlara başlaya bilər", - deyə vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, Rusiya silah istehsalını sürətlə artırır. 

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью