Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
“Rusiya Ukraynada ağılagəlməz itkilər verib və son iki ayda təxminən 65000 əsgər itirib”.
“Cebheinfo.az” xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte şənbə günü Münhen Təhlükəsizlik Konfransında bildirib.
O, daha sonra media dəyirmi masasında deyib: “NATO alyansı o qədər güclüdür ki, Rusiya hazırda ona hücuma cəhd etməyəcək.
Əgər Rusiya bizə hücum etsə, biz onunla hər döyüşdə qalib gələcəyik. Əmin olmalıyıq ki, iki, dörd və ya altı il ərzində və daha sonra da belə olacaq”.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin