Rusiya: NATO qoşunlarının Ukraynada yerləşdirilməsini qəbul etmirik | Icma.az
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynaya avropalı əsgərlərin göndərilməsi ehtimalı ilə bağlı Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamasında cari məsələləri dəyərləndirib.
Turkustan.az xəbər verir ki, Avropanın Ukraynada hərbi birləşmələrini yerləşdirmə ehtimalını qiymətləndirən Peskov, bu mövzuda baş verənləri diqqətlə izlədiklərini bildirib.
"Bu, bizi narahat edir. Çünki burada söhbət NATO qoşunlarının Ukraynada yerləşdirilməsindən gedir.
Bu, bizim təhlükəsizliyimiz baxımından tamamilə fərqli məna kəsb edir. Ona görə də bu məsələ bizim üçün vacibdir.
NATO ölkələrinin qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi qəbuledilməzdir"-deyə, Peskov qeyd edib.
Aytən Yaşar/ Turkustan.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu