Rusiya NATO üçün təhdid olaraq qalacaq Rutte

26.06.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya NATO üçün uzunmüddətli təhdid olaraq qalacaq.

"Ölkə.az" xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.

Rutte deyib ki, Rusiya hazırkı və uzunmüddətli təhdidimiz olaraq qalır.

Rutte qeyd edib, Alyans büdcəsinin 40%-dən çoxunu müdafiəyə yatırır".

O əlavə edib ki, bir sıra digər ölkələr də hərbi potensiallarını artırmaqla əlavə təhdidlər yaratmağa davam edirlər.

Xüsusilə, o bildirib ki, Çin qüvvələrini modernləşdirməyə və nüvə imkanlarını genişləndirməyə davam edir, hərbi texnologiya və innovasiyaya əhəmiyyətli dərəcədə sərmayə qoyur.

Bundan əlavə, NATO-nun baş katibi KXDR-in nüvə proqramını genişləndirdiyini və Ukraynadakı Rusiyanın hərbi əməliyyatlarını dəstəkləməklə dəyərli təcrübə qazandığını vurğulayıb.

Ruttenin sözlərinə görə, bu ölkələr bir-biri ilə əməkdaşlıq edir və buna görə də ittifaq üçün daha böyük potensial təhlükə yaradır.

Elvin

Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью