Rusiya neft tankerini ələ keçirib

19.05.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Baltik dənizində neft tankerini ələ keçirib.

"Cebheinfo.az" xəbər verir ki, Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Sillamae limanını tərk etdikdən sonra Yunanıstana məxsus Liberiya bayraqlı “Green Admire” neft tankerini ələ keçirdiyini bildirib. Bununla bağlı  NATO müttəfiqləri məlumatlandırılıb.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "Bugünkü hadisə onu göstərir ki, Rusiya gözlənilməz davranmaqda davam edir. Mən də hadisə ilə bağlı müttəfiqlərimizi məlumatlandırmışam",- deyib.

Bildirilib ki, gəmi Estoniyaya məxsus neft yükü ilə Niderlandın Rotterdam şəhərinə yola düşüb. Estoniya sularında dayazdan qaçan və Estoniya, Finlandiya və Rusiya arasında bağlanmış müqaviləyə əsasən Rusiyanın ərazi sularından keçən marşrutla hərəkət edən gəmi Rusiyanın Hoqland adası yaxınlığında lövbər salıb. Hadisədən sonra bildirilib ki, Sillamae limanına daxil olan və çıxan gəmilər bundan sonra Estoniyanın ərazi sularından keçəcək.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью