Rusiya nefti cəmi 22 dollara satılıb İstehsal xərcini ödəmir...

30.01.2026

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Hindistana 22 dollara neft satmağa məcbur olub.

"AzPolitika" xatırladır ki, dekabr ayında Urals markalı xam neftin orta qiyməti 39,2 dollar idi. Ancaq son zamanlar Hindistana göndərilən bəzi neft məhsulları nəqliyyat xərclərini çıxmaq şərtilə 22-25 dollara satılır və bu da istehsal xərclərini çətinliklə ödəyir.

ABŞ sanksiyaları daha da sərtləşdirərsə, Rusiya artıq dəniz yolu ilə neft ticarəti edə bilməyəcək, yalnız boru kəmərləri vasitəsilə həyata keçirə biləcək. Bu boru kəmərlərinin sayı, eləcə də tutumu məhduddur.

Qeyd etmək lazımdır ki, hazırda dunya bazarında Brent markalı neft 70 dollara satılır.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью