Rusiya nefti Hindistana 39 ayda 12,6 milyard dollar qənaət etməyə imkan verib

01.09.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Hindistan Rusiyadan endirimli neft idxalı sayəsində 39 ay ərzində ən azı 12,6 milyard dollar qənaət edib.

APA xəbər verir ki, bu barədə məlumatı “The Indian Express” yayıb.

Məlumatda qeyd olunur ki, qənaət Hindistanın neft emalı müəssisələrinə kömək etsə də, 2024–25-ci illərdə endirimlər xeyli azalıb. Bundan əlavə, Rusiya nefti qlobal neft qiymətlərinin sabit qalmasına da kömək edib, digər idxalçılar da bundan faydalanıb.

Qeyd edək ki, Rusiyadan endirimli neft idxalı hazırda Tramp administrasiyası ilə Hindistan arasında gərginlik mənbəyidir. ABŞ Hindistandan Moskvayla enerji əlaqələrini azaltmağı tələb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью