Rusiya nefti niyə ucuzlaşıb?

07.02.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Rusiyanın "Urals" xam neftinin qiyməti ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyaları səbəbindən ucuzlaşıb.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu Rusiya xammalının dəyəri dekabr ayından bəri ilk dəfə bir barel üçün 60 dollardan aşağı düşüb. 

Bundan başqa, Rusiya ixracatçıları nefti bir barel üçün 16 dollara qədər əlavə endirimlərlə satmağa məcburdurlar. Müqayisə üçün qeyd edək ki, 2023-cü il ərzində "Urals" neftinin qiyməti 80 dollar/barel səviyyəsində qalıb.

Analitiklərə görə, rus tədarükçüləri malların Asiya ölkələrinə çatdırılmasında gəlirlilik məsələlərini həll etməlidirlər. 

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью