Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın “Rosneft” və “Lukoyl” şirkətlərinə tətbiq etdiyi sanksiyalardan sonra Rusiya neftinin qiymətində kəskin endirim müşahidə olunur. Son məlumatlara görə, “Urals” markalı neft kəskin ucuzlaşıb.
Axar.az xəbər verir ki, sənaye mənbələrinin məlumatına əsasən, noyabrın 10-da Primorsk və Novorossiysk limanlarında “Urals” neftinin “Brent”ə nisbətdə endirimi bir barel üçün 19,4 dollar təşkil edib. Ayın əvvəlində bu fərq 13–14 dollar, ABŞ sanksiyalarından öncə isə 11–12 dollar səviyyəsində idi.
Ekspertlərin fikrincə, sanksiya təzyiqi dövrlərində endirimlər adətən müvəqqəti xarakter daşıyır və bir neçə ay ərzində əvvəlki səviyyəyə qayıdır. Bununla belə, Asiya bazarında Rusiya neftinə tələbatın azalması müşahidə edilir.
Məlumata görə, Hindistanın beş iri neft emalı zavodu dekabr üçün Rusiya nefti sifarişi verməyib, Çin dövlət şirkətləri “Sinopec” və “PetroChina” isə spot bazarda alışlardan imtina ediblər.