Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya neftinin beynəlxalq bazarlara tədarükü artıq Qərb şirkətlərinə məxsus və ya onların sığortası altında olan tankerlərlə həyata keçirilə bilər.
Hurriyyet.az xəbər verir ki, bu dəyişiklik, əsasən “Urals” markalı Rusiya neftinin qiymətinin 60 dollar/bareldən aşağı düşməsi ilə əlaqədardır.
Xatırladaq ki, bu qiymət limiti 2022-ci ildə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına cavab olaraq Qərb ölkələri tərəfindən tətbiq edilib.
Həmin vaxtdan etibarən Rusiya nefti əsasən sanksiyalardan yayınmaq üçün “kölgə donanması” adlandırılan, qeyri-rəsmi və az tanınan şirkətlərə məxsus köhnə tankerlərlə daşınırdı.
Lakin qiymətlərin ucuzlaşması bu məhdudiyyətlərin artıq keçərsiz olmasına səbəb olub.
“Bloomberg”in məlumatına görə, neftin ucuzlaşmasında ABŞ Prezidenti Donald Trampın bu ayın əvvəlində tətbiq etdiyi yeni tariflər əsas rol oynayıb.
Tarif qərarları neft bazarına təzyiq yaradaraq, qiymətlərin düşməsinə səbəb olub.