Rusiya niyə Azərbaycana qarşı gərginliyi artırır? TƏHLİL | Icma.az
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Azərbaycanla gərginliyi azaltmaq və problemləri həll etmək əvəzinə, indi də bəzi politoloqları və deputatları önə sürür.
Açıq şəkildə anti-Azərbaycan isteriyasını alovlandırmaq məqsədi daşıyan bu çıxışlar çox zaman təhqir və hədələrlə müşayiət olunur.
Aydın məsələdir ki, Rusiyada bəzi deputatların, politoloqların və mediada çıxış edən ekspertlərin son dövrlərdə sərgilədiyi anti-Azərbaycan ritorikası bəzi istisnalar xaric fərdi fikirlər deyil.
Bu, açıq şəkildə Kremlin informasiya sistemində vahid mərkəzdən gələn tapşırığın nəticəsidir.
Ritorika ilk baxışdan fərdi təşəbbüs kimi təqdim olunsa da, əslində dövlətin rəsmi mövqe bildirmədən bu çıxışlara susqun yanaşması, həmin ritorikanın Kremlin qeyri-rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü göstərir.
Digər tərəfdən, Rusiya kimi informasiya sahəsinə ciddi nəzarətin olduğu bir ölkədə bu səviyyədə açıqlamaların müstəqil və təsadüfi şəkildə səslənməsi real görünmür.
Əgər məsələyə nə Kremlin sözçüsü, nə Xarici İşlər Nazirliyi, nə də digər təsirli rəsmi dairələr tərəfindən təkzib və ya sərt reaksiya verilmirsə, bu, həmin ritorikanın dövriyyədə qalmasına razılığın nümayişidir.
Tam oxu
Xəbəri oxu