Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan heç nəyi Rusiyanın üzərinə atmağa çalışmır.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 2026–2031-ci illər üçün hökumət proqramında Rusiyanın strateji müttəfiq kimi qeyd olunmamasına münasibət bildirərkən deyib.
“Bütün bunlar sizin gözünüzün qarşısında baş verib, 2022-ci ilin sentyabrında baş verən hadisələrdən sonra strateji tərəfdaşlıqdan danışmaq.. Əgər mən bunu yazsaydım, siz soruşardınız ki, Rusiya və KTMT 2022-ci ildə müqavilə üzrə öhdəliklərini niyə yerinə yetirmədi? Mən buna nə cavab verərdim? Rusiyanı günahlandırmağa çalışmıram. Ermənistan heç nəyi Rusiyanın üzərinə atmağa çalışmır. Biz öz mövqeyimizi açıq və şəffaf şəkildə ifadə edirik, başqalarının mövqeyinə hörmətlə yanaşırıq və eyni münasibəti qarşı tərəfdən də gözləyirik”, - Paşinyan bildirib.