Rusiya nümayəndə heyəti danışıqlar üçün ABŞ nin İstanbuldakı konsulluğuna gəlib

27.02.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya nümayəndə heyəti ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Amerikanın İstanbuldakı baş konsulunun iqamətgahına gəlib. 

Missiya.Az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Rusiya nümayəndələri ABŞ-nin İstanbuldakı baş konsulunun iqamətgahına gəliblər, burada səfirliklərin işi ilə bağlı iki ölkə arasında görüş keçiriləcək”, - deyə vurğulanıb.

Qeyd olunub ki, danışıqlar mətbuata qapalı formatda keçiriləcək. Nümayəndə heyətlərinin tərkibi də açıqlanmayıb.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью