Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya nümayəndə heyəti Rusiya və ABŞ ekspert qruplarının planlaşdırılan məsləhətləşmələrində iştirak etmək üçün artıq Ər-Riyaddadır.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Rusiya nümayəndə heyəti Ər-Riyada gəlib və danışıqlar martın 24-ü səhər başlayacaq”, - Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri və nümayəndə heyətinin həmsədri Qriqori Karasin deyib.
Qeyd edək ki, bu gün ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilir.