Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Rusiya nümayəndə heyəti ABŞ və Ukrayna ilə üçtərəfli danışıqların keçiriləcəyi Əbu-Dabiyə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə rəsmi mənbə məlumat verib.
Bildirilib ki, danışıqlar Rusiya, Ukrayna və ABŞ-ın iştirakı ilə üçtərəfli formatda keçiriləcək. Vaşinqton və Kiyevin avropalılarla ayrıca təmasları görüşün formatına təsir göstərməyəcək.
Məlumata görə, avropalı nümayəndələrə üçtərəfli görüşdə danışıqlar zalından kənarda yer ayrılması nəzərdə tutulur.
Bizim.Media