Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün İstanbula gəlib.
AzPost bildirir ki, Moskva ilə Kiyev arasında birbaşa danışıqların ikinci mərhələsinin sabah Türkiyədə baş tutacağı gözlənilir.
Daha əvvəl prezident Zelenski Ukraynanın görüşdə iştirakını təsdiqləyib.
Tərəflərin atəşkəslə bağlı memorandumlar layihəsini müzakirə edəcəyi gözlənilir.
Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə mayın 16-da keçirilən əvvəlki görüşdə olduğu kimi müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək.
AzPost.az Paylaş Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.