Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya yaxın həftələrdə nüvə başlığı daşıyan peyki orbitə çıxara bilər.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın WDR və NDR telekanalları, eləcə də “Süddeutsche Zeitung” qəzetinin birgə araşdırmasında deyilib.
Araşdırmaya görə, “Sputnik-S” adlı aparat artıq yığılıb və bir neçə ildir Moskvaətrafı ərazidə saxlanılır:
“Onun buraxılışı 2026-cı ilin sonunadək, ehtimal ki, dekabr ayında həyata keçirilə bilər. Almaniya hərbçiləri və Federal Kəşfiyyat Xidməti mümkün təhlükə barədə artıq müdafiə naziri Boris Pistoriusu və NATO müttəfiqlərini məlumatlandırıblar.
Qərb hərbi dairələrində xəbərdarlıq ediblər ki, orbitdə baş verəcək nüvə partlayışı peyk infrastrukturunun əhəmiyyətli hissəsini sıradan çıxara, rabitə, naviqasiya, enerji sistemlərinin və bankların fəaliyyətini poza bilər. Rusiyanın Berlindəki səfirliyindən bildirilib ki, belə bir aparat barədə məlumatları yoxdur. Səfirlik irəli sürülən ittihamları isə təbliğat kampaniyasının tərkib hissəsi adlandırıb”.
Qeyd edək ki, 1967-ci il Kosmik Məkan haqqında Müqaviləyə əsasən, kosmosda kütləvi qırğın silahlarının yerləşdirilməsi qadağandır.